O, Almaniyanın Daxili İşlər Nazirini əməliyyat edir. Nazir ondan əvəzində nə istədiyini soruşur. O isə Azərbaycana humanitar yardım ayrılmasını xahiş edir.


Ağabəy Azərbaycani 1939-cü ilin 13 iyul Tehran şəhərində anadan olub. Atası professor Tahir Ağabəy Azərbaycani Tehran Universitetinin Malerioloji İnstitutunun direktoru olmuşdur. Maleriya xəstələyinin İranda kökünün kəsilməsində böyük əməyi olub. Anası Siddiqə Heyət professor Cavad Heyətin böyük bacısıdır. İranda Təhsil nazirliyinin baş müşaviri və Qızlar Pedoqoji Universitetinin rektoru olub. Ana babası Əli Heyət uzun illər İranda məhkəmə sədri, ədliyyə naziri işləmiş, müxtəlif vəzifələrdə çalışmışdı. Ata babası Hacı Qasım XIX əsrin 50-ci illərində, təxminən 165 il əvvəl Almaniyada çap təhsili aldıqdan sonra mətbəə avadanlıqları alıb İrana gətirmək istəsə də, Sultan Əbdülməcid imkan verməmiş, onu İstanbulda saxlamışdı[1]. O, ilk mətbəəni də burada qurmalı olmuş, sonralar mədəniyyət naziri işləmişdi[1].

Uşaqlıq illəri, təhsili
Redaktə
4 yaşında məktəbə gedib. 17 yaşında bakalavr dərəcəsini alıb. 15 yaşında orta təhsili ilə bərabər İrandakı Amerika ordusunda tərcüməçi işləyib. Daha sonra 1957-ci ildə Amerika Birləşmiş Ştatlarına tibb sahəsində təhsil alıb. 1972-ci ildə travmatologiya üzrə cərrah kimi mütəxəssisləşib. Vyetnam müharibəsində həkim kimi işləyib.

1974-cü ildə Türkiyənin İzmir şəhərində Bornovada olan tibb fakültəsinin reanimasiya şöbəsini yaradıb. 1980-ci ildə atasının tövsiyəsi ilə İran-İraq müharibəsində xəsarət almış yaralıya tibbi ğöstərmək üçün Almaniyanın Köln Universitetində çalışıb.

1993-cü ildə Ağabəy Azərbaycani Almaniyanın daxili işlər nazirinin ürəyində uğurlu cərrahiyyə əməliyyatı aparır. Nəticədən razı qalan nazir öz xilaskarına Azərbaycana 40 milyon dollar həcmində humanitar yardım aparmasına kömək edir. Bundan sonrakı illərdə də Azərbaycana ardı-arası kəsilmədən yardım karvanları gətirilir.
Ağabəy Azərbaycani Cavad Heyətin bacısı oğludur. Həyat yoldaşı Krista Abeyk Azərbaycani BMT-nin tərkibində olan FAO təşkilatının rəhbəri olaraq Türkiyənin o zamankı baş naziri Bülənd Ecevitin çağırışı ilə 1974-cü ildə Kıbrıs hərəkatına hümanitar yardım edib.
ABŞ-da hakim dairələrin diqqətini bu məsələyə yönəltmək üçün əsl vətənpərvərlik nümayiş etdirirdilər. Almaniyanın Beynəlxalq Humanitar Tibbi Yardım Təşkilatının və Alman-Azərbaycan Cəmiyyətinin xətti ilə Azərbaycana humanitar yardım göndərilməsinə razılıq almaq o qədər də asan olmadı. Onu da qeyd edək ki, Kristina xanım hər iki qurumun administratoru idi. İlk yardım karvanı Azərbaycana 1990-cı ilin yanvar hadisələrində gətirildi. Gətirilən tibbi preparatlar Respublika xəstəxanasına təhvil verildi. 1992-ci ildə də çox böyük miqdarda tibbi yardım gətirilərək müxtəlif xəstəxanalar arasında bölüşdürüldü.

40 ildən artıq bir müddətdə xeyriyyəçiliklə məşğul olan Ağabəy Azərbaycani 1988-ci ildən 2008-ci ilədək doğma Vətəni üçün humanitar yardım sahəsində ölçüyəgəlməz dərəcədə böyük işlər görüb, döyüşlərdə ağır yaralanan, qaçqın və məcburi köçkünlər arasında minlərlə insanı əməliyyat edib. Onların bir çoxunun əməliyyatını, bütün vəsaiti öz üzərinə götürərək İranda, Almaniyada edib, həmkarı professor Harmen Fon Lessonla birgə. Ağabəy Azərbaycaninin təşəbbüsü ilə Almaniya Cərrahlar Cəmiyyətinin sədri Nort Rayn Vestfalen 60 dəfə Azərbaycana səfər edib, burada əməliyyatlar aparıb.

2008-ci ildən isə o, fəaliyyət istiqamətini bir qədər dəyişdirməli olub. Belə ki, imkanlarını tibbi kadrların yetişdirilməsinə yönəldib. 2008-ci ildə dayısı Cavad Heyətin tövsiyəsi ilə peşəkar, savadlı tibbi kadrlar hazırlamaq məqsədilə o zaman fəaliyyət göstərən Beynəlxalq Universitetin klinikasını yaratdı. Buraya Almaniya və Amerikadan 4 milyon dollarlıq tibbi avadanlıq gətirildi. Ağabəy Azərbaycani indiyədək 200-dən artıq azərbaycanlı tələbənin Almaniyada təhsil almasına köməklik göstərib.

1988-ci ildə Almaniyanın Solingen şəhərində Leyla Şərifova ilə birlikdə Azərbaycanın ilk diaspor konsertini təşkil edib. Bundan sonra Zeynəb Xanlarova, Lütfiyar İmanov, Adil Bağırov, Fidan və Xuraman Qasımovalar, Cavanşir Məmmədov kimi sənətkarlar ilə daha 8 konsert təşkil edib.
20 yanvar faciəsi zamanı Ağabəy Azərbaycaninin yaşadıqları:

" “ 1990-cı il yanvarın 21-də mən və digər 200 nəfərlə getdik səfirin qəbuluna.Mən orda dedim ki, bu nə işdir ki, 150 il Azərbaycanın neftini istifadə etdiz,ancaq sonra isə çıxıb, tankla, silahla insanları öldürdüz və yaraladız…
Azərbaycan tarixən hər zaman zülm altında qalıb. İlk dəfə deyil ki, ruslar Azərbaycana hücum edirdilər. 170 il öncə də onlar gəldilər və zorla azırbaycanı tutdular.Bütün bunlar göstərir ki, Azərbaycan ancaq öz xalqına arxalanaraq işlər görməlidir başqa ölkələrə güvənmək olmaz. Bir zamanlar bizi orduynan dağıdırdılar indi isə ekonomiya vasitəsi ilə dağıdırlar”.