Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə ürəkdən təbrik edirəm!


Əziz xaloğlum, cənab mayor Babək Qasımov!
Bu əlamətdar gündə sənə ən xoş arzularımı çatdırır, Vətənə şərəf və ləyaqətlə xidmət etdiyinə görə sonsuz təşəkkürümü bildirirəm. Sən təkcə ailəmizin deyil, bütün xalqımızın qürur duyduğu Azərbaycan zabitisən.

Ermənistan–Azərbaycan müharibəsində göstərdiyin igidlik, döyüş meydanında nümayiş etdirdiyin cəsarət və peşəkarlıq sənin Vətənə olan sonsuz sevgisinin, dövlətə və xalqa sədaqətinin ən parlaq nümunəsidir. Qazanılan möhtəşəm Zəfərdə sənin də böyük əməyin, zəhmətin və şərəfli xidmətin var. Bu, hər zaman qürur duyulacaq şərəfli bir həyat yoludur.

Bu gün isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə Fəxri Fərmanla təltif olunmağın sənin peşəkarlığına, nizam-intizamına və Vətənə sədaqətlə xidmətinin növbəti yüksək qiymətidir. Bu mükafat təkcə sənin deyil, bütün ailəmizin və doğmalarının qürur mənbəyidir.

Mayor rütbəsini şərəflə daşıyan bir zabit kimi dövlətimizə və xalqımıza sədaqətlə xidmət etməyin, gənc hərbçilərə örnək olmağın ən ali dəyərlərdəndir. Əminəm ki, bundan sonra da şərəfli xidmət yolunda yeni uğurlara imza atacaq, Azərbaycan Ordusunun şərəfini daim uca tutacaqsan.

Uca Allah səni qorusun, canını sağlam, ömrünü uzun etsin. Ailənə sevinc, ocağına ruzi-bərəkət, xidmətində isə daim uğurlar nəsib etsin. Qoy üçrəngli bayrağımız daim zirvələrdə dalğalansın və sənin kimi igid zabitlər Vətənimizin qüdrətini daha da artırsın.

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günün və layiq görüldüyün Fəxri Fərman münasibətilə səni ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə:
Vəli Əliyev