Dövlət qulluqçusu – dövlətlə vətəndaş arasında etimad körpüsü
---
Dünən, 09:04
39
Hər il iyunun 23-ü Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Bu əlamətdar gün dövlət idarəçiliyində çalışan, ölkəmizin inkişafına, qanunların icrasına, vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edən minlərlə dövlət qulluqçusunun əməyinə verilən yüksək dəyərin ifadəsidir.
Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyev dövlət idarəçiliyinin möhkəmləndirilməsinə xüsusi önəm verərək peşəkar, savadlı və xalqına sədaqətlə xidmət edən dövlət qulluqçularının yetişdirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sistemi daha da təkmilləşdirilir, şəffaflıq, operativlik və vətəndaş məmnunluğu prinsipləri əsas götürülür.
Dövlət qulluqçusu yalnız vəzifə sahibi deyil. O, dövlətin siması, vətəndaşın ilk müraciət etdiyi ünvan, qanunun və ədalətin təmsilçisidir. Dövlət qulluqçusunun peşəkarlığı, məsuliyyəti və etik davranışı cəmiyyətin dövlətə olan inamını formalaşdıran əsas amillərdəndir.
Bu gün ölkəmizin müxtəlif qurumlarında çalışan dövlət qulluqçuları Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqın rifahı naminə yorulmadan fəaliyyət göstərirlər. Onların zəhməti nəticəsində dövlət-vətəndaş münasibətləri daha da güclənir, idarəetmədə müasir yanaşmalar tətbiq olunur.
23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə bütün dövlət qulluqçularını səmimi-qəlbdən təbrik edir, onlara möhkəm can sağlığı, fəaliyyətlərində uğurlar, dövlətimizə və xalqımıza xidmət yollarında yeni nailiyyətlər arzulayırıq.
Vəli Əliyev
“Milli Mənəviyyat”
beynəlxalq müstəqil qəzetinin
Baş redaktoru.





















