Hörmətli Əhmədova Səbirə Minabəddin qızı ! Doğum Gününüz Mübarək💐
---
Dünən, 21:53
13
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və həyatınızın hər günündə sevinc dolu anlar arzulayırıq.
Bu təbrik 2000–2003-cü illərdə dərs dediyiniz 309-cu qrupun adından, qrup starustası və bu gün "Milli Mənəviyyat" müstəqil beynəlxalq qəzetinin baş redaktoru Vəli Əliyev tərəfindən böyük hörmət və ehtiramla təqdim olunur.
İllər keçir, zaman dəyişir, lakin insanın qəlbində iz qoyan müəllimlər heç vaxt unudulmur. Siz öz mehribanlığınız, səmimiyyətiniz, qayğıkeşliyiniz və yüksək mənəvi keyfiyyətlərinizlə tələbələrinizin yaddaşında əbədi yer tutmusunuz. Bu gün də Sizi yalnız müəllim kimi deyil, həm də gözəl insan, nəcib xanım və xeyirxah qəlb sahibi kimi xatırlayırıq.
Mən 26 il əvvəl Sizə verdiyim bir sözü bu gün də eyni səmimiyyətlə təkrar edirəm: Sizi heç vaxt unutmayacağıq! Sizinlə bağlı xatirələrimiz ömrümüzün ən dəyərli səhifələrində yaşayır. Eyni zamanda, sinif rəhbərimiz İradə müəlliməni də daim hörmət və minnətdarlıqla yad edir, Sizləri həyatımıza işıq saçan insanlar kimi xatırlayırıq.
Müəllim ömrü yüzlərlə insanın taleyində yaşayır. Siz də yetişdirdiyiniz tələbələrin sevgisində, hörmətində və dualarında yaşayan müəllimlərdənsiniz.
Doğum gününüz mübarək olsun, əziz müəlliməmiz! Qoy həyat yolunuz həmişə uğurlarla, sevgi ilə və xoş günlərlə bəzənsin. Siz bir ömür tələbələrinizin qəlbində gözəl insan və unudulmaz müəllim kimi yaşayacaqsınız.
Dərin hörmət və ehtiramla,
309-cu qrupun tələbələri adından
Vəli Əliyev
"Milli Mənəviyyat" müstəqil beynəlxalq qəzetinin
Baş redaktoru.





















